"Türkiyə Mərkəzi Bankı ilə svop razılaşmasına dair danışıq aparmırıq" | Banco.az

"Türkiyə Mərkəzi Bankı ilə svop razılaşmasına dair danışıq aparmırıq"

"Azərbaycan Mərkəzi Bankı (AMB) Türkiyə Mərkəzi Bankı (TMB) ilə svop razılaşmasına dair danışıqlar aparmır".

Bunu keçirdiyi mətbuat konfrasında AMB-nin sədri Elman Rüstəmov bildirib.

Xatırladaq ki, xarici mətbuatda yayılan məlumatlara görə, iki qurum 1 milyard avro dəyərində svop sazişi imzalamaq istəyir.

"Bu məlumatı biz də görmüşük. Biz TMB ilə milli valyutada hesablaşma mexanizminin yaradılması ilə bağlı danışıqlar aparırıq, burada bəzi texniki problemləri aradan qaldırmağa çalışırıq", - baş bankir əlavə edib.

report.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et