Türkiyə iqtisadiyyatı ilk rübdə 1.3 % artaraq texniki durğunluqdan çıxdı | Banco.az

Türkiyə iqtisadiyyatı ilk rübdə 1.3 % artaraq texniki durğunluqdan çıxdı

Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatına görə, 2019-cu ilin 1-ci rübündə Türkiyə iqtisadiyyatı rübülk müqayisədə (əvvəlki rüb ilə müqayisədə) 1.3% artıb.   

Beləcə ardıcıl iki rüb azalaraq texniki durğunluğa girən iqtisadiyyat bu rübdə 1.3% artaraq durğunluqdan çıxıb. İqtisadiyyat 2018-in son rübündə 2.4% kiçilmişdi.

 

İLLİK 2.6% AZALIB

Ən sərfəli kredit üçün müraciət et

İlk rübdə iqtisadiyyat illik müqayisədə (ötən ilin eyni dövrü ilə müqayisədə) 2.6% azalıb. Proqnoz  2.5% azalma olması idi.

 

Məlumat açıqlandıqdan sonra Türk Lirəsi bahalaşıb. Dollar/TL məzənnəsi 5.88 səviyyələrinə düşüb. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et