Türk lirəsi istənilən halda ucuzlaşacaq - UniCredit Bank | Banco.az

Türk lirəsi istənilən halda ucuzlaşacaq - UniCredit Bank

"Türk lirəsinin bir qədər sabitlik əldə etdiyini görürük. Lakin fikrimizsə, lirənin bu il ucuzlaşacağı gözlənilir. İlin sonuna qədər Türkiyədə dolların 4,15 lirə səviyyəsini ötməsi sürpriz olmayacaq. İnflyasiya göstəricisi və siyasət kimi amillərə baxacağıq. Lakin istiqamət məlumdur, lirə hər bir halda ucuzlaşacaq". 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu İtaliyanın "UniCredit Bank"ının inkişaf etməkdə olan bazarlar üzrə "Forex" strategiyası üzrə mütəxəssisi Kiran Kovşik (Kiran Kowshik) deyib.

Ən sərfəli kredit üçün müraciət et

Kovşik 2018-ci ildə dolların qlobal valyuta bazarında zəif mövqeyinin davam edəcəyini, qlobal iqtisadiyyat yaxşı inkişaf etdiyi zaman dolların ucuzlaşmağa davam edəcəyini bildirib. 

İnflyasiyada azalma və qlobal iqtisadi konyunkturanın yaxşılaşması səbəbindən Kovşik 3,70-3,85 TRY/USD səviyyəsinin bir müddət davam edəcəyini, ilin sonuna doğru isə məzənnənin yüksələcəyini proqnozlaşdırır.

Ən sərfəli krediti almaq üçün müraciət et