Türk Hava Yollarının Super Bowl reklamı yayımlandı | Banco.az

Türk Hava Yollarının Super Bowl reklamı yayımlandı

Türk Hava Yolları şirkətinin yayımlanıb yayımlanmayacağı dəqiq bəlli olmayan "Super Boul 2020" üçün hazırlanmış “Step on Earth” reklam filmi yayımlanıb.

Sözügedən reklam filminə 1969-cu ildə reallaşan Aya ilk səfər ilham mənbəyi olub. “Step on Earth” filmində rol gedən Russ, Mariha və Karlosun reklam boyunca daha əvvəl heç getmədikləri ölkələri kəşf edib yeni coğrafiyalara addım atmaqlarının həyəcanı əks etdirilib. Reklam filmi bu insanların daha əvvəl ayaq basmadıqları torpaqlara etdikləri səfərlər zamanı yaranan kəşfetmə həzzini göstərərkən, eyni zamanda hər kəsi yaşadığı planetin gözəlliklərini tanımağa dəvət edir.

Ən sərfəli kredit üçün müraciət et

DAVID Miami və DAVID Madrid imzalı “Step on Earth” reklam filminin rejissoru isə Nico Perez Veigadır. Türk Hava Yolları bu reklam filminin yayımlanmasından sonra “Behind the Steps” adlı başqa bir video yayımlayaraq reklam filminin kamera arxası kadrlarını izləyicilərlə bölüşüb.

Həmçinin oxu: Dünyaca məşhur firmaların "Super Bowl 2020" REKLAMLARI

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et