Türk Hava Yollarından növbəti rekord | Banco.az

Türk Hava Yollarından növbəti rekord

Tamara Mustafayeva, Banco.az

Türk Hava Yolları (THY) beynəlxalq uçuşlarda təklif etdiyi yerlərin sayına görə "dünyanın ən böyük şəbəkə daşıyıcısı" olduğunu açıqlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Türk Hava Yolları (THY) şirkəti iyul və avqust ayları ərzində oturacaq tutumunu 14 faiz artırdığını açıqlayıb.

Verilən məlumata görə, aylıq sərnişin dövriyyəsi nəticələrinə əsasən, şirkət 2022-ci ilin iyul və avqust aylarında hər ay 7,8 milyon sərnişin daşıyaraq aylıq sərnişin sayına görə pandemiyadan əvvəlki rekordunu keçib.

Mövzu ilə bağlı danışan Türk Hava Yolları İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri Prof. Dr. Əhməd Bolat, “Dünyanı bürüyən pandemiyanın təsirlərinin azalması ilə aviasiya sektorunda qlobal rəqabət qaldığı yerdən daha da kəskin formada davam edir. Böhran dövründə fəaliyyəti ilə nümunə göstərilən hava yolu şirkəti kimi böhrandan sonra da uğurla addımladığımız üçün sevinirik. Məqsədimiz 2019-cu ildəki göstəricini qısa müddətdə üstələmək idi ki, buna da 65 min işçimizlə birlikdə nail olduq", deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et