Türk Hava Yolları zəlzələ bölgəsindən İstanbula reyslər üçün vahid qiymət müəyyən edib | Banco.az

Türk Hava Yolları zəlzələ bölgəsindən İstanbula reyslər üçün vahid qiymət müəyyən edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türk Hava Yolları zəlzələ bölgəsində İstanbula uçuşların qiymətini açıqlayıb.

Banco.az xəbər verir ki, Türk Hava Yolları (THY) zəlzələ bölgəsində görülən işlərə dəstək olmaq üçün fevralın 13-nə kimi Adana, Diyarbəkir, Şanlıurfa və Elazığdan İstanbul istiqamətində həyata keçirilən bütün reyslər üzrə bilet qiymətini vergilər daxil 100 TL müəyyən etdiyini elan edib.

Bu barədə THY-nin mətbuat müşaviri Yahya Üstün sosial media hesabından açıqlama verib.

O, həmçinin qeyd edib ki, zəlzələ bölgəsinə uçan humanitar yardım təyyarələrinin geri dönüş reysləri də vətəndaşların istifadəsinə veriləcək. Prosesi düzgün təşkil etmək üçün sərnişinlərə aviaşirkətin mobil tətbiqi və ya veb saytı vasitəsilə rezervasiya etmək tövsiyə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et