Müəllif: Tamara Mustafayeva, Banco.az
Türk Hava Yolları (THY) səkkizinci dəfə Avropanın ən yaxşı aviaşirkəti seçilib.
Banco.az xəbər verir ki, Türk Hava Yolları (THY) beynəlxalq hava nəqliyyatı reytinq agentliyi “Skytrax” tərəfindən səkkizinci dəfə "Avropanın ən yaxşı aviaşirkəti" mükafatına layiq görülüb.
Bu barədə “Türk Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, ingilis, fransız, ispan, rus, yapon və çin dillərində keçirilən 2022-2023 Skytrax mükafat sorğusunda 100-dən çox ölkəni təmsil edən 20 milyon 230 min cavab qiymətləndirilib və 325 aviaşirkət arasından qaliblər müəyyən edilib.
Sorğunun nəticələri Paris Hava və Kosmos Muzeyində keçirilən tədbirdə açıqlanıb.
THY həmçinin "Dünyanın ən yaxşı biznes sinif iaşə xidməti", "Dünyanın ən yaxşı ekonom sinif iaşə xidməti", "Cənubi Avropanın ən yaxşı aviaşirkəti" və "Avropanın ən yaxşı ekonom xidmət kreslosu" mükafatlarına da layiq görülüb.
Bizi sosial şəbəkələrdən izləyin!!