Türk Hava Yolları 90 yaşını qeyd edir | Banco.az

Türk Hava Yolları 90 yaşını qeyd edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türk Hava Yolları (THY) uçduğu ölkələrin sayına görə Türkiyənin dünyada ən tanınmış şirkətlərindən biridir.

Banco.az xəbər verir ki, dünyanın 129 ölkəsində 344 istiqamətə aviareyslər həyata keçirən və 1933-cü ildən bu yana davamlı olaraq inkişaf edən şirkət səmada 90 yaşını qeyd edir.

Aviaşirkət təsis edildiyi 1933-cü ildə sadəcə 28 yerlik tutumu olan 5 təyyarə ilə təmsil olunurdu. Şirkətin ilk xarici səfəri 1947-ci ildə Ankara-İstanbul-Afina reysi üzrə həyata keçirilib.

Qeyd edək ki, THY 2033-cü ildə 800 təyyarə ilə uçuşlar həyata keçirməyi hədəfləyir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et