Tural Həsənov: “Online kredit” satışı üzrə isə son 2 ay ərzində 340% artıma nail olmuşuq | Banco.az

Tural Həsənov: “Online kredit” satışı üzrə isə son 2 ay ərzində 340% artıma nail olmuşuq

Bunu Banco.az portalına müsahibəsində “DəmirBank” ASC-in Marketinq departamentinin müdiri Tural Həsənov bildirib

 Oktyabr ayına nəzər yetirsək debit kart sahəsində “online satış” həcmini ümumi satışa nisbətən 19%-ə çatdırmışıq. “Online kredit” satışı üzrə isə son 2 ay ərzində 340% artıma nail olmuşuq. Ən əsası isə onu qeyd edim ki, bu göstəricilərə yeni müştərilər hesabına nail olunub."

O qeyd edib ki, istifadə olunan əsas alət lidoqenerasiya -məhsulu “online” və rahat əldə etmək istəyən müştərilərin tapılması və onlara “online” satışın həyata keçirilməsidir.

İnternet bankçılıq istifadəçiləri isə əsasən hüquqi şəxslərdir, onlar üçün xidmətin “online” platformalara keçirilməsi çətin bir məsələ deyil və respublika üzrə bu rəqəmlər yeni müştərilərə online satışa nisbətən daha yüksəkdir. Mobil bankçılıq tətbiqləri isə yalnız kart sahəsində aktiv istifadə olunur. Bizə yaxın digər bir neçə ölkəyə nəzər yetirsək bu rəqəmlər daha yüksəkdir. Misal üçün 2016 ildə Rusiyada hər 4 bank əməliyyatlardan biri elektron kanallar ilə həyata keçirilib. Bu həcmlərə çatmaq əsasən fiziki şəxslərə xidmət həyata keçirən ölkə bankları üçün çox çətindir."

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin Tural bəy, effektiv satış kanallarından danışıb:

 

Müştəri üçün hansı vasitə daha rahatdırsa o kanal. Məsələyə ümumi baxsaq bütün məhsulların əldə edilməsi və ya məhsul sifarişinin verilməsi üçün müəyyən sənədlər tələb olunur. O sənəd sürətinin göndərilməsi sayt, sosial şəbəkələr, “Messenger”-lər vasitəsi ilə həyata keçirilə bilər. DəmirBank hazırda bütün bu imkanları müştərilər üçün yaradıb. Lakin bir neçə məhsul satışı zamanı bəzi nüanslar var ki, misal üçün müştəri haqda məlumatın reyestrlərdən əldə edilməsinə icazə yalnız sayt vasitəsi ilə müştərinin xüsusi qeydlərin işarələnməsi və razılığı olandan sonra nəzərə almaq mümkündür. Bu imkanları tək sayt vasitəsi ilə təqdim etmək olar."

Digər hallarda ən effektiv yol kimi müştərinin daim “əli altında” olan mobil “Messenger”-ləri sayırıq."

Ən sərfəli krediti almaq üçün müraciət et