“Equinor”un xalis mənfəəti 23% azalıb | Banco.az

“Equinor”un xalis mənfəəti 23% azalıb

Müəllif:Ayşən İmanova/Banco.az

Norveçin neft-qaz şirkəti “Equinor” 2024-cü ilin dördüncü rübündə xalis mənfəətini, o cümlədən qiymətlərin və hasilat həcminin aşağı düşməsi səbəbindən 23% azaldıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Bildirilir ki, oktyabr-dekabr aylarında şirkətin xalis mənfəəti bir il əvvəlki 2,608 milyard dollarla müqayisədə 1,999 milyard dollar təşkil edib. Dəqiqləşdirilmiş mənfəət 6% azalaraq 1,733 milyard dollar olub. Gəlir isə 5% azalaraq 27,654 milyard dollar təşkil edib.

Şirkətin son rübdə hasilatı bir il əvvəlki 2,197 milyon barellə müqayisədə 6% azalaraq sutkada 2,072 milyon barel neft ekvivalentinə düşüb. Karbohidrogenlərin orta satış qiyməti 10% azalaraq 68,5 dollar/barel təşkil edib.

Şirkət 2025-ci ildə hasilatı təxminən 4% artırmağı planlaşdırır.

Qeyd edək ki, “Equinor”un bazar dəyəri son üç ayda 12,2% artıb.