Trampın ilə Emin Ağalorovun münasibətləri təhqiqat obyektidir | Banco.az

Trampın ilə Emin Ağalorovun münasibətləri təhqiqat obyektidir

ABŞ-da prezident seçkilərinə “Rusiya müdaxiləsi” ilə bağlı qalmaqalların yeni dalğası yüksəlmək üzrədir. ABŞ KİV-ində hesab edirlər ki, prezidentin oğlu - kiçik Donald Trampın Azərbaycan əsilli rusiyalı milyarder Araz Ağalarovun oğlu ilə münasibətləri Kremlin seçkilərə təsirini göstərir.

ABŞ seçkilərinə “Rusiya müdaxiləsi” işini araşdıran xüsusi prokuror Robert Müller ABŞ prezidentinin oğlu Donald Tramp ilə rusiyalı vəkilin elektron yazışmasını araşdırmaq niyyətindədir, bütün bunlar haqqında CNN kanalı öz mənbələrinə istinadən məlumat verir.

Bundan öncə New York Times, məlumat vermişdir ki, Rusiyadan olan vəkil Natalya Veselniçkaya, hansının ki, Kremllə əlaqəsinin olduğu iddia olunur, 2016-cı ildə prezidentin  oğlu kiçik Donald Tramp ilə görüşüb və ona prezidentliyə namizəd Hillari Klintona qarşı əlində “kompromat”olduğunu bildirib. Prezidentin oğlu mətbuat nümayəndəsinə bildirib ki, Veselniçkaya ilə görüş zamanı bəlli olub ki, onda heç bir əhəmiyyətli informasiya yoxdur və söhbətin məcrası uşaqların övladlığa götürülməsi zamanı yaşanan problemlərə dəyişib və əslində görüşün əsas səbəbi də məhz bu olub. Veselniçkaya sadəcə "kompromat" məsələsindən görüşə nail olmaq üçün istifadə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı gənc Donald Trump Twitter səhifəsində musiqi tənqidçisi Rob Qoldstoun ilə yazışmasını paylaşıb, Qoldstoun onun Emin Ağalarov ilə görüşünü təşkil etməli idi. Donald və Emin hələ 2013-cu ildən tanışdırlar. ABŞ KİV-i bu münasibəti də Kremllə əlaqələrin sübutu kimi qiymətləndirir. Çünki Eminin atası Aras Ağalarov ilə Rusiya prezidenti  Vladimir Putin dostdur. 

daha ətraflı: Компромат на Клинтон: в США расследуют связи сына Трампа с адвокатом из России и Эмином Агаларовым

Ən sərfəli krediti almaq üçün müraciət et