Tramp kömür sənayesinə 700 milyon dollarlıq investisiya qoyulacağını açıqladı | Banco.az

Tramp kömür sənayesinə 700 milyon dollarlıq investisiya qoyulacağını açıqladı

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp ölkənin kömür sənayesini dirçəltmək üçün 700 milyon dollarlıq investisiya proqramını elan edib.

Banco.az xəbər verir ki, Tramp Ağ Evdə keçirilən mətbuat konfransında kömür istehsalı planlarını ictimaiyyətlə bölüşüb.

Tramp amerikalıların təmiz və səmərəli kömürün təmin etdiyi enerji sayəsində enerji xərclərini və yaşayış xərclərini azaltmaq üçün tarixi bir addım atdıqlarını bildirib.

Ağ ev rəhbəri Çin də daxil olmaqla bir çox uğurlu iqtisadiyyatın kömürdən faydalandığını əlavə edib. O, həmçinin bəzi ölkələrin külək enerjisi kimi alternativlərə müraciət etdiyini və bunun o qədər də təsirli olmadığını qeyd edib.