Tramp bildirib ki, ABŞ NATO tərəfdaşlarına silah tədarükünü davam etdirəcək | Banco.az

Tramp bildirib ki, ABŞ NATO tərəfdaşlarına silah tədarükünü davam etdirəcək

Müəllif  - Fərid İslamov - Banco.az

ABŞ prezidenti Donald Tramp açıqlayıb ki, ABŞ NATO ölkələrinə silah tədarükünü davam etdirəcək və bu silahlardan həmin ölkələr istədikləri kimi istifadə edə bilərlər.

Tramp Truth Social sosial şəbəkəsində yazıb:

“Biz NATO-ya silah tədarükünü davam etdirəcəyik və NATO ölkələri onunla istədiklərini edə bilərlər. Uğurlar hər kəsə!”

İlin əvvəlində Tramp ABŞ-ın NATO tərəfdaşlarına silah satacağını və istəsələr, bu silahları Ukraynaya ötürə biləcəklərini bildirib.