"ABŞ hazırda Rusiya ilə faktiki olaraq heç bir ticarət aparmır, ona görə də ona əlavə gömrük rüsumları tətbiq etməyib"
Banco.az xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp deyib.
Aprelin 2-də Tramp 185 ölkə və ərazinin məhsullarına gömrük rüsumunun tətbiq ediləcəyini bəyan edib.Rusiya bu siyahıda yoxdur. Bundan əlavə, ABŞ administrasiyası aprelin 3-dən idxal edilən bütün avtomobillərə 25% gömrük rüsumları tətbiq edib.