Tramp 30 gün ərzində ABŞ-də “TikTok”un taleyi ilə bağlı qərar verəcək | Banco.az

Tramp 30 gün ərzində ABŞ-də “TikTok”un taleyi ilə bağlı qərar verəcək

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ prezidenti Donald Tramp yaxın 30 gün ərzində ölkədə “TikTok” sosial şəbəkəsinin taleyi ilə bağlı qərar vermək niyyətindədir.

Banco.az xəbər verir ki, bu barədə o media nümayəndələrinə açıqlamasında bildirib.

“Bir çoxu mənimlə “TikTok”la bağlı məsələni müzakirə edir, bunlar çox vacib insanlardır. Yəqin ki, yaxın 30 gün ərzində qərar verəcəyəm. Bunu etmək üçün 90 günüm var, Konqres mənə 90 gün vaxt verib. Bəlkə “TikTok”u xilas edə bildik, məncə bu yaxşı olardı. Biz bunda çox maraqlıyıq və ABŞ bundan böyük fayda görəcək”, – deyə Tramp qeyd edib.

“Bildiyiniz kimi, ölkəmiz üçün nəyin yaxşı olub olmamasından asılı olaraq, mənim onu satmaq və ya bağlamaq hüququm var. Bu, çox məşhur platformadır, uşaqlar və bəzi valideynlər tərəfindən sevilir. Onu xilas edə bilsək, əla olar. Düşünürəm ki, bu məsələ iqtisadi baxımdan da Amerika üçün yaxşı olardı”, – ABŞ lideri əlavə edib.