"Toyota" şirkəti "General Motors"un 90 illik liderliyinə son qoydu | Banco.az

"Toyota" şirkəti "General Motors"un 90 illik liderliyinə son qoydu

Tamara  Mustafayeva, Banco.az

"Toyota" "General Motors"u taxtından endirib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Yaponiyanın tanınmış avtomobil istehsalçısı "Toyota" şirkəti 2021-ci ildə ABŞ-da ən çox satılan avtomobil brendi seçilməklə yerli avtomobil istehsalçısı "General Motors"un 90 illik liderliyinə son qoyub. 

ABŞ-da ötən ilin ən çox satılan avtomobilləri müəyyən olub. Yerli avtomobil brendi "General Motors" 2021-ci ildə 2.2 milyon avtomobil satdığını açıqlayıb ki, bu göstərici 2020-ci illə müqayisədə 12.9% aşağıdır. "Toyota" isə satış həcmini 2020-ci ilə nəzərən 10,4% artırmaqla 2.3 milyona çatdırıb və bununla da "General Motors"un 1931-ci ildən bəri hökm sürən liderliyini əlindən alıb.

Qeyd edək ki, "Toyota"nın bu uğurundakı əsas səbəb isə şirkətin tədarük zənciri ilə bağlı problemləri və çip böhranını "General Motors"dan daha yaxşı idarə etməsidir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et