Toyota elektromobil bazarına daxil olacaq Apple-a xəbərdarlıq etdi | Banco.az

Toyota elektromobil bazarına daxil olacaq Apple-a xəbərdarlıq etdi

Tamara Mustafayeva, Banco.az

Yaponiyanın avtomobil nəhəngi Toyota texnologiya şirkəti Apple firmasına xəbərdarlıq edib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Yaponiya Avtomobil İstehsalçıları Dərnəyinin mətbuat konfransı zamanı çıxış edən Toyota şirkətinin CEO-su Akio Toyoda avtomobil sektorunda lazımi texnologiyanı istehsal etməkdən çox avtomobil satmağın çətin olduğunu vurğulayaraq sektora daxil olmaq istəyən texnologiya nəhəngi Apple firmasına xəbərdarlıq edib.

Məlum olduğu kimi, son dövrlərdə texnologiya şirkətləri elektromobil bazarına daxil olmağa çalışırlar. Apple firmasının isə ilk avtomobilini istehsal etməsi üçün hələ beş il vaxt lazım olsa da, görünür tanınmış smartfon istehsalçısı indidən avtomobil sektorunu təşvişə salıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et