"Total Energies" VSB-ni almaq üçün 2 milyard avro ödəməyə hazırlaşır | Banco.az

"Total Energies" VSB-ni almaq üçün 2 milyard avro ödəməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Total”ın bərpaolunan enerji istehsalçısı “VSB”ni almaq üçün təxminən 2 milyard avro dəyərində sövdələşməyə hazırlaşdığı bəlli olub.

Banco.az xəbər verir ki, məsələ ilə tanış olan insanlara görə, “TotalEnergies SE” bərpaolunan enerji layihəsinin inkişaf etdiricisini təxminən 2 milyard avro dəyərində qiymətləndirən sövdələşmədə özəl kapital firması “Partners Group Holding AG”dən “VSB Group”u almağa yaxındır.

Bu mənbələr Fransanın enerji şirkəti və “Partners Group” arasında qabaqcıl danışıqların aparıldığını və yaxın günlərdə sövdələşməni elan edə biləcəyini bildiriblər. Məlumatın məxfi olması səbəbindən anonimlik istəyən mənbələr yekun razılaşmanın gecikə biləcəyini qeyd ediblər.

“TotalEnergies” and “Partners Group” nümayəndələri isə şərh verməkdən imtina ediblər.

Qeyd edək ki, “VSB Group” bərpa olunan enerji sektorunda layihələrin idarə edilməsi və ətraf mühitin planlaşdırılması kimi xidmətlər göstərən şirkət kimi tanınır. Şirkətin layihələri Fransa, Almaniya, Polşa və İtaliyada günəş, su və külək enerjisi sahələrində aktivdir. Şirkətin 500-dən çox əməkdaşı və dünya üzrə 21 filialı var. “Partners Group” 2020-ci ildə “VSB Group”un 80 faiz səhmlərini alıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram