TL və Rubl təklif edən banklar hansılardır? | Banco.az

TL və Rubl təklif edən banklar hansılardır?

Hal-hazırda bankların əksəriyyəti dollar və avro təklif edirlər. Bəzən isə qonşu dövlətlərə, məsələn Rusiya və Türkiyəyə ziyarətə gedən insanlar həmin dövlətlərin valyutasını hazır şəkildə özləri ilə aparmaq istəyirlər, çünki getdikləri ölkələrdə valyuta dəyişmə məntəqəsinin tapılması və uyğun məzənnə ilə konvertasiyası uzun vaxt apara bilər. Həm də bu, baha başa gələ bilər.

Ona görə də Banco.az olaraq, bu gün sizlər üçün Rusiya və Türkiyə valyutasının (Türk lirəsi və rubl) konvertasiyasını həyata keçirən bankları araşdırdıq və alış/satış kusrlarını müəyyən etdik. Qeyd edək ki, bu məlumatlar bu günün məzənnəsinə əsaslanır.

Həmçinin bax: Banklarda hansı valyutaları dəyişmək mümkündür? -Yeni 2022

Mərkəzi Bankın öz saytında yerləşdirdiyi məlumatlara əsasən bu gün 1 Rusiya rublu 0.0236 manat, 1 Türk lirəsi isə 0.5217 manat dəyərindədir.

Bankların təklif etdiyi alış və satış məzənnələri isə aşağıdakı cədvəldə aydın şəkildə əks olunmuşdur.

Qeyd edək ki, cədvəl bankların çağrı mərkəzləri ilə əlaqə saxlanılaraq toplanmış məlumat əsasında yığılmışdır.

Bank                   

TL

RUB

Alış

Satış

Alış

Satış

Amrahbank

28 May filialı

0.48

0.53

0.0232

0.0235

Atabank

-

-

0.0228

0.0240

Bank BTB

Gənclik filialı

0.51

0.55

0.0230

0.0234

Bank Silk Way

 Baş ofis

0.5090

-

0.02266

0.02380

Liman filialı

0.5090

0.5425

0.02266

0.02420

Beynəlxalq Bank

-

-

0.0227

0.0245

Caspian Development
 Bank

0.51

0.54

0.0227

0.0244

Kredo Bank

-

-

0.0227

0.0243

Muğanbank

-

-

0.0227

0.0245

NBC Bank

-

-

0.0227

0.0245

Nikoil Bank

-

-

0.023

0.024

Parabank

-

-

1.0231

1.0240

Paşa Bank

0.5420

0.5060

0.0245

0.0229

VTB Bank Azərbaycan

-

-

0.0229

0.0240

Zaminbank

-

-

0.0224

0.0235

Ziraat Bankı

0.5010

0.5420

-

-

Ən sərfəli kredit üçün müraciət et