Banklarda hansı valyutaları dəyişmək mümkündür? | Banco.az

Banklarda hansı valyutaları dəyişmək mümkündür?

Xarici ölkəyə və ya xarici ölkələrdən Azərbaycana səyahət edən insanlar həmin dövlətlərin valyutasını hazır şəkildə özləri ilə aparmaq istəyirlər. Çünki getdikləri ölkələrdə valyuta dəyişmə məntəqəsinin tapılması və uyğun məzənnə ilə konvertasiyası uzun vaxt apara bilər. Həm də bu, baha başa gələ bilər. Eyni zamanda, xarici ölkələrdən Azərbaycana səyahət edən insanlar ödəniş vasitəsi kimi yalnız manatdan istifadə olunduğu üçün öz pullarını manata dəyişdirmək məcburiyyətindədir. Bundan başqa, xaricdən pul köçürmə sistemləri və ya bank kartınıza da xarici valyutada pul aldığınızda, onu yerli valyutaya dəyişmək zərurəti yaranır.

Bəs başqa ölkəyə məxsus pul vahidini harada, hansı bankda dəyişmək olar? Bu həmin valyutanın nağd və nağdsız olmasından asılı olaraq dəyişir. Bu məqalədə siz nağd şəkildə əlinizdə olan xarici valyutanı necə yerli pula dəyişə, başqa sözlə sata biləcəyiniz (və ya əksinə) banklarla tanış olacaqsınız. Bəzi banklarda nağdsız şəkildə mübadilə etdiyi valyutaların sayı nağd şəkildə olandan daha çoxdur. ABŞ dolları (USD) və avro (EUR) ən çox istifadə olunan valyutalar olduğundan bunlarla bütün bankların kassalarında alğı-satqı əməliyyatları apara bilərsiniz. Bu səbəbdən siyahıda bu valyutaları qeyd etmədik. Lakin bir şeyə diqqət etmək lazımdır ki, bəzi hallarda dəyişmək istədiyiniz valyutanın bank tərəfindən yalnız alışı və ya yalnız satışı mümkün ola bilər. Bunun üçün cədvəlin qeyd hissəsinə diqqətlə baxmağınızı tövsiyə edirik. ABŞ dolları və avrodan sonra bankların mübadilə etdiyi valyutaları arasında ingilis funt sterlinqi (GBP) və Türk lirəsi (TRY) durur. Bundan başqa, yanız bir bankda alış və satışı mümkün olan valyutalar da var. Məsələn, Yapon yeni, Kanada və Avstraliya dolları, İsveç kronu, Norveç kronu, Danimarka kronu  yalnız ABB-nin kassalarında, Küveyt dinarın alış və ya satışı Turanbankın kassalarında alış və ya satışı həyata keçirmək mümkündür.

İkinci əsas məqam isə siz bankın filialına yaxınlaşdığınız anda kassada olan valyutaya görə bu dəyişə bilər. Bunun üçün banka yaxınlaşmadan əvvəl bankın qaynar xətti ilə əlaqə saxlayıb hansı filialda həmin məbləğdə olan valyutanı hansı filialın kassasında dəyişə biləcəyinizi öyrənməyinizi tövsiyə edirik.

Ən sərfəli kredit üçün müraciət et

Digər məqam isə mübadilə zamanı bankların valyuta məzənnəsinə də diqqət yetirin. Bu mübadilə ya bankların öz təyin etdiyi valyutaların alış-satış qiymətlərinə (alış-satış kurslarına) əsasən aparılır, ya da kovertasiya komissiyası ödəməklə Mərkəzi Bankın elan etdiyi məzənnəyə əsasən.Qeyd edək ki, bu məlumatlar həmin günün məzənnəsinə əsaslanır.

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

rus pulunu azerbaycan puluna cevirmek, rus pulunu dollara cevirmek, ingilis pulunu azerbaycan puluna cevirmek,turk lirasini azerbaycan puluna cevirmek, ərəb pulu manat,ərəb pulu manata çevirmək, exchange, dirhəmi manata dəyişmək, isvecre frankını manata çevirmək, rubl kurs, dollar kurs, kurs dollar rubl, kurs dolar rubl, valyuta mezennesi 2022, məzənnə 2022, rubl usd