“Time” 2022-ci ilin ən nüfuzlu şəxsiyyətlərinin adını açıqlayıb | Banco.az

“Time” 2022-ci ilin ən nüfuzlu şəxsiyyətlərinin adını açıqlayıb

“Time” jurnalı 2022-ci ilin ən nüfuzlu şəxsiyyətlərinin siyahısını dərc edib.

Siyahıya Ukrayna Prezidenti Volodimir Zelenski və onun rusiyalı həmkarı Vladimir Putin də daxil edilib.

Məlumata görə, siyahıda V.Zelenski haqqındakı mətni ABŞ Prezidenti Cozef Bayden, V.Putin barədə yazını isə Rusiya müxalifətinin lideri, hazırda həbsdə olan Aleksey Navalnı yazıb.

“Azad dünya ölkələri Prezident Zelenski nümunəsindən ilhamlanaraq son dövrlərdə həmişəkindən daha birləşib, daha qətiyyətli və məqsədyönlü olublar. ABŞ-ın, həmçinin müttəfiqlərimiz və tərəfdaşlarımızın dəstəyi ilə o (Volodimir Zelenski – red.), tarixdə iz buraxıb və dünyaya sübut edib ki, Ukrayna dözəcək, onun xalqı nəticədə çoxdan dilədiyi demokratik gələcəyə nail olacaq”, - ABŞ-ın dövlət başçısı ukraynalı həmkarı barədə yazıb.

Aleksey Navalnının isə öz mətnində irəli sürdüyü fikrə görə, Vladimir Putinin əsl missiyası hamıya dərs verməkdir - dünya liderlərindən və ekspertlərindən tutmuş adi insanlaradək:

Ən sərfəli kredit üçün müraciət et

“O, bir daha bizə xatırlatdı ki, “kiçik seçki saxtakarlığı” ilə başlayan yol həmişə diktatura ilə bitir. Diktatura isə həmişə müharibəyə aparır. Bu, unutmamalı olduğumuz bir dərsdir”.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et