Ölkə banklarının faiz gəlirləri 3 mlrd. manata yaxınlaşıb | Banco.az

Ölkə banklarının faiz gəlirləri 3 mlrd. manata yaxınlaşıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin iyul ayının əvvəlinə Azərbaycan bankları 2 milyard 733,2 milyon manat faiz gəlirləri əldə ediblər. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 358.9 milyon manat və ya 15.1% çoxdur.  

Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği ötən ilin iyul ayının əvvəlinə 2 milyard 374.3 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram