Müəllif:Mehin Qasımova,Banco.az
Çində yerləşən sosial media platforması TikTok-un ABŞ-da fəaliyyətini davam etdirməsi üçün əksəriyyəti Amerika mülkiyyətində olan birgə müəssisə yaradılıb.
Banco.az xəbər verir ki, bu barədə "TikTok" ABŞ Məlumat Təhlükəsizliyi (USDS) təşəbbüsünün açıqlamasında bildirilib.
Məlumata görə, təşəbbüs ABŞ Prezidenti Donald Trampın 25 sentyabr 2025-ci ildə imzaladığı sərəncama uyğun olaraq təsis edilib.
Birgə müəssisə ABŞ istifadəçilərinin məlumatlarını qorumaq məqsədilə məlumat və alqoritm təhlükəsizliyi, məzmun moderasiyası və proqram təminatı üzrə xüsusi təhlükəsizlik tədbirləri çərçivəsində fəaliyyət göstərəcək.
Açıqlamada qeyd olunub ki, ABŞ istifadəçi məlumatları Oracle-ın təhlükəsiz ABŞ bulud mühitində saxlanılacaq.
USDS həmçinin məzmun moderasiyası, etibar və təhlükəsizlik siyasəti ilə bağlı qərarlar qəbul etmək səlahiyyətinə malik olacaq.
