Tamara Mustafayeva, Banco.az
ABŞ hökumətinin TikTok platformasına verdiyi möhlət bitib. Sosial media nəhəngi bundan sonra nə olacağını gözləyir.
Məlum olduğu kimi, Tramp hökuməti platformanın sahibi Çinin Bytedance şirkətinə TikTok-un Amerikadakı yayım hüququnu başqa bir şirkətə satması üçün 12 noyabr tarixinədək möhlət vermişdi. Bu müddət ərzində Oracle, Walmart, Microsoft kimi şirkətlər alqı-satqı prosesi üçün hərəkətə keçmiş, ancaq nəticə əldə edilməmişdi.
Bir neçə gün əvvəl isə ABŞ-da keçirilən prezident seçkilərində nəhayət ki, nəticə açıqlandı və ölkənin 46-cı prezidenti Co Bayden oldu. Bayden yanvar ayında prezident kürsüsünü Trampdan təhvil alacaq. Odur ki, həmin vaxta qədər TikTok rəsmiləri Trampdan cavab gözləməyə başlayıb.
Hazırda seçkiləri uduzan Trampın TikTok platforması ilə məşğul olub-olmayacağı bəlli deyil, ancaq yeni prezident Co Baydenin də seçki prosesində iştirak edən kampaniya heyətinə sözügedən platformanı telefonlarından silmələrinə dair göstəriş verdiyi də deyilir.
Həmçinin oxu: TikTok və Shopify əməkdaşlığa başladı
Bizi sosial şəbəkələrdən izləyin!!