TikTok və Shopify əməkdaşlığa başladı | Banco.az

TikTok və Shopify əməkdaşlığa başladı

Tamara Mustafayeva, Banco.az

TikTok və Shopify əməkdaşlıq etməyə başladıqlarını elan ediblər.

Bu yeni əməkdaşlıq Kanadanın transmilli e-ticarət şirkəti olan Shopify-ın 1 milyondan çox satıcısı ilə TikTok platformasının gənc istifadəçilərini əlaqələndirmək və satışları artırmaq məqsədi güdür. 

Əməkdaşlıq çərçivəsində Shopify satıcıları TikTok platformasındakı marketinq kampaniyalarını birbaşa Shopify idarəetmə paneli vasitəsilə təşkil edə biləcəklər. 

Bununla yanaşı, satıcılar hədəf kütləsini cins, yaş, istifadəçi davranışı və video kateqoriyalarına ayıra biləcək və kampaniyaların hərəkətini izləmə imkanı əldə edəcəklər. Kampaniya üçün sərf edilən vəsait isə satıcının hədəflərinə və nə qədər büdcə ayırmasına görə fərqləndiriləcək. İlk TikTok kampaniyasına başlamaqları üçün satıcılara 300 dollarlıq reklam krediti veriləcək.

TikTok Shopify-dakı TikTok kanalının hazırda ABŞ-dakı bütün satıcılar üçün aktivləşdirildiyini və 2021-ci ilin əvvəllərində Şimali Amerika, Avropa və Cənub-Şərqi Asiya bazarlarına da çıxarılacağını bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Bu ölkədə TikTok da daxil olmaqla 59 tətbiqin istifadəsi qadağan edildi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram