“TikTok” bir saat davam edən videoları yükləməyə imkan verəcək | Banco.az

“TikTok” bir saat davam edən videoları yükləməyə imkan verəcək

Müəllif:Ayşən İmanova/Banco.az

“TikTok” istifadəçilərin 60 dəqiqəlik video yükləmə qabiliyyətini sınaqdan keçirir.

Banco.az xəbər verir ki, bu barədə “TechCrunch” portalı məlumat yayıb.

Platformanın sahibi olan “ByteDance” şirkəti bildirib ki, indi uzun videoları fraqmentlərə bölmək lazımdır. Bu da bəzi müəlliflər üçün o qədər də əlverişli deyil. Vaxt məhdudiyyətinin artırılması “TikTok”da yeni məzmun növünün - televiziya şoularının tam epizodlarının yerləşdirilməsinə də imkan verə bilər.

Qeyd olunur ki, istifadəçilərin yalnız bir hissəsi ilkin olaraq uzun videoları yükləyə biləcək. Şirkət yeniliyin nə vaxt təqdim ediləcəyi ilə bağlı açıqlama verməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram