Müəllif - Aida İsaq, Banco.az
Xəbər verdiyimiz kimi, tətbiq edilən sanksiyalar fonunda Rusiyanın ölkə xaricindəki dollar aktivləri dondurulub.
Banco.az xəbər verir ki, “Global Times”ın məlumatına görə, bunu müşahidə edən bir sıra ölkələr Amerika dollarından imtina etməyə başlayıb. Artıq yerli valyutalardan istifadə prioritetə çevrilib. Məsələn, amerikalı siyasətçilərin ortağı hesab olunan Hindistanın dollara münasibəti dəyişib. Yeni Dehli Malayziya ilə ticarət sövdələşmələrində rupidən istifadə etmək planlarının olduğunu bildirib. Bununla yanaşı, Çin tərəfi Fransanın “Total Energies” şirkəti ilə mayeləşdirilmiş təbii qazın (LNG) alışını yuanla həyata keçirərək öz mövqeyini ortaya qoyub.
Ümumilikdə ABŞ-ın son onilliklər ərzində öz valyutasından sui-istifadə edərək digər ölkələrin iqtisadiyyatına zərər vurması fonunda dolların zəifləməsinin aktuallaşdığı vurğulanıb. Eyni zamanda bildirilir ki, Ukrayna münaqişəsi və bir sıra digər geosiyasi problemlər ölkələrin ticarət əməliyyatlarında dollardan istifadədən imtina etməsi prosesini sürətləndirib.
Bizi sosial şəbəkələrdən izləyin!!