Müəllif - Aida İsaq, Banco.az
“Apple” korporativ pərakəndə satış departamentində ixtisarlar həyata keçirməyə hazırlaşır.
Banco.az xəbər verir ki, bu barədə “Blomberg” məlumat yayıb. Şirkət müvafiq addımını işdən çıxarılma kimi adlandırmayaraq bunu optimallaşdırma meyilləri ilə əlaqələndirib. İşdən çıxarılan əməkdaş sayının cüzi olacağı gözlənilir. Qeyd olunur ki, ləğv ediləcək vəzifələrin ümumi sayı açıqlanmasa da, müvafiq addım texnologiya nəhəngi üçün önəmli addımlardan biridir.
Bizi sosial şəbəkələrdən izləyin!!