Texnologiya nəhəngi "IBM"in xalis mənfəəti 71 faiz azalıb | Banco.az

Texnologiya nəhəngi "IBM"in xalis mənfəəti 71 faiz azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“IBM” şirkətinin xalis mənfəəti 71 faiz azalıb.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti “IBM” 2022-ci ilin oktyabr-dekabr ayları üzrə balans hesabatını açıqlayıb.

Buna görə, şirkətin ötən ilin son rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək 16,7 milyard dollar olaraq qeyd edilib.

Şirkətin 2022-ci ildəki gəliri isə əvvəlki ilə nisbətən 6 faiz artaraq 60,5 milyard dollar olaraq hesablanıb. “IBM” 2021-ci ildə 57,4 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti ötən ilin dördüncü rübündə illik müqayisədə 16 faiz artaraq 2,7 milyard dollara çatıb. İlə bütövlükdə nəzər saldıqda isə “IBM”in xalis mənfəətinin 71,5 faiz azalaraq 1,6 milyard dollara gerilədiyi görünür ki, 2021-ci ildə şirkət 5,7 milyard dollar xalis mənfəət əldə etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et