Gizli mənaları olan dünyaca məşhur texnologiya markalarının loqosunu təqdim edirik.
1. Picasa - İspan dilindən ev mənasını verən "casa" sözündən yola çıxılaraq hazırlanan markanın logosuna diqqətlə baxıldığında rənglərin köməyi ilə yaradılan çərçivənin ortasındakı ev fiquru gözə dəyir.
2. Amazon - Loqonun altındakı oxun "gülən üz" meydana gətirdiyinə böyük ehtimalla diqqət yetirmisiniz, ancaq saytdakı məhsul müxtəlifliyinə diqqət çəkmək adına oxun a'dan başlayıb z'yə uzandığına indi diqqət edə bilərsiz.
3. Cisco - Cisco'nun rəqəmsal siqnalını simvolizə edən logo eyni zamanda Golden Gate körpüsüdür. Körpü şirkətin adını aldığı San Francisco şəhərində yerləşir.
4. Nintendo - Nintendo oyun konsollarının loqosu iç içə keçmiş kublar kimi görünür. Ancaq diqqətli baxıldığında N və ətrafında yaranan G hərfi nəzərə çarpır.
5. Facebook Places - Facebookun Foursquare'ə rəqib olaraq inkişaf etdirdiyi ancaq çox geniş yayılmayan tətbiqin logosundaki qırmızı oxun hədəf olaraq Foursquare'in adında iştirak edən 4 rəqəmini işarə etdiyi görülür.
6. Rdio - Musiqi dinləmə tətbiqi Rdio'nun logosundaki d və o hərflərinin içinə diqqətlə baxıldığında iki məşhur tam not və dördlük not simvolları görülür.
7. Xna - Microsoftun oyun developerləri üçün təqdim etdiyi XNA markasının logosundaki narıncı qisim mors əlifbası ilə "xna" hərflərini meydana gətirir.
Pərvanə Aslanova, Banco.az