2015-ci ilin dekabrın 4-də keçirilmiş "Texnikabank" ASC-nin səhmdarlarının ümumi yığıncağında verilən qərara əsasən Audit Komitəsinin sədri vəzifəsindən azad olunan Mehman İsmayılov "Kapital Bank" ASC-də təyinat alıb.
Banco.az "APA"ya istinadən xəbər verir ki, M. İsmayılov bundan sonra "Kapital Bank" ASC-də Risklərin idarə edilməsi departamentində direktor müavini kimi fəaliyyətini davam etdirəcək.