Tamara Mustafayeva, Banco.az
"Tesla" şirkəti iki modelin qiymətini qaldırıb.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, elektromobil istehsalçısı "Tesla" şirkəti "Model 3" və "Model Y"nin qiymətini yenidən qaldırıb.
Belə ki, "Tesla Model 3 Standard Range Plus" avtomobilinin qiyməti 43 min 990 dollardan 44 min 990 dollara, "Model Y Long Range"in qiyməti isə 56 min 790 dollardan 57 min 790 dollara çatdırılıb.
Model 3 Standard Range Plus
Model Y Long Range
Bununla da, şirkətin ən ucuz elektromobilinin qiymətində il ərzində 20%-dən çox bahalaşma qeydə alınıb.
Bizi sosial şəbəkələrdən izləyin!!