Tamara Mustafayeva, Banco.az
Səhmlərinin bazar dəyəri il ərzində 670% yüksələn elektromobil istehsalçısı Tesla şirkəti növbəti dəfə səhmlərini satışa çıxardığını elan edib.
Şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi hesabatda 5 milyard dollar dəyərində səhm satışı həyata keçirilməsi qeyd edilib.
Sözügedən hesabatda Goldman Sachs, Citigroup və Morgan Stanley kimi tanınmış maliyyə qurumlarının da daxil olduğu 10 bank vasitəsilə "vaxtaşırı" olaraq səhmlərin satışının reallaşacağı vurğulanıb.
Xatırladaq ki, Tesla sentyabr ayının 1-də də 5 milyard dollarlıq səhmlərini satışa çıxarmağı planlaşdırdığını elan etmişdi. Bununla da şirkət axırıncı üç ay ərzində ikinci dəfə səhm satışı həyata keçirəcək.
Həmçinin oxu: Tesla 25 min dollar dəyərində elektrik avtomobili istehsal edəcək
Bizi sosial şəbəkələrdən izləyin!!