Tesla 25 min dollar dəyərində elektrik avtomobili istehsal edəcək | Banco.az

Tesla 25 min dollar dəyərində elektrik avtomobili istehsal edəcək

Tamara Mustafayeva, Banco.az

Tesla şirkətinin təsisçisi İlon Mask şirkətin ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən fabrikində təşkil edilən "Batareya Günü" adlı tədbirdə sərmayəçilərə gələcək planlarından bəhs edib.

Sərmayəçilərin hər birinin şəxsi Tesla avtomobilləri ilə iştirak etdiyi tədbirdə elektrik avtomobili istehsalçısı şirkət Tesla-nın məhsullarındakı batareyaları yaxın zamanda necə təkmilləşdirəcəyi bildirilib.

İlon Mask sözügedən tədbirdə Tesla şirkətinin qarşıdakı üç il ərzində yeni təkmilləşdirilmiş batareyalar sayəsində 25 min dollardan bazara çıxarılacaq avtomobil istehsal edəcəyini elan edib.

Xatırladaq ki, Mask daha əvvəl ehtimal ki, heç vaxt 35 min dollardan ucuz avtomobil istehsal etməyəcəklərini söyləmişdi.

Tesla şirkətinin öz batareyalarını təkmilləşdirməsi sayəsində batareya istehsal xərclərinin azalması ilə daha ucuz avtomobil istehsal edə biləcəklərini qeyd edən Mask sözügedən avtomobilin həmçinin tamamilə avtomotik olacağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Tesla Çin istehsalı avtomobilləri Avropada satacaq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et