Tesla-dan "koronavirus" endirimi | Banco.az

Tesla-dan "koronavirus" endirimi

Tamara Mustafayeva, Banco.az

İlon Maska məxsus ABŞ-ın elektrik avtomobili istehsalıçı Tesla şirkəti "Model Y"-nin qiymətini endirib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Tesla şirkəti dörd ay əvvəl bazara çıxardığı "Model Y" avtomobilinin koronavirus pandemiyası dövründə satış həcminin azalması səbəbindən qiymətləri endirməyə qərar verib. Sözügedən endirim 3 min dollar təşkil edir.

Tesla Model Y price drops $3,000, Model S and Model X get faster ...

Qeyd edək ki, 6%-lik bu endirimdən sonra avtomobilin başlanğıc qiyməti 51 min 190 dollar olub. Şirkət həmçinin may ayında Model 3, Model X və Model S avtomobillərinin də qiymətlərini endirmişdi.

Həmçinin oxu: İlon Mask koronavirus tədbirlərinə belə reaksiya verdi

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et