İlon Mask koronavirus tədbirlərinə belə reaksiya verdi | Banco.az

İlon Mask koronavirus tədbirlərinə belə reaksiya verdi

Tamara Mustafayeva, Banco.az

Dünyanın qabaqcıl iş adamlarından biri olan İlon Mask koronavirus pandemiyası səbəbilə ABŞ-da həyata keçirilən məhdudiyyətlərə sərt reaksiya verib.

Qısa müddət ərzində dünyada öz təsirini göstərən koronavirus pandemiyasından ən çox zərər çəkən ölkələr arasında ABŞ, İtaliya, İspaniya və Fransa yer alır. Rəsmi məlumatlara görə, ABŞ-da virusa yoluxan insan sayı 1 milyonu keçib.

Odur ki, başda Nyu York olmaqla bir çox şəhərlərdə ciddi tədbirlər görülür və virusun daha çox yayılmasına mane olmaq hədəflənir.

Bu günlərdə Tesla və SpaceX şirkətlərinin CEO-su İlon Mask rəsmi Twitter səhifəsindən etdiyi açıqlama ilə gündəmə gəlib. Belə ki, o, ölkədə tətbiq edilən məhdudiyyətləri tənqid edib.

Məşhur daha əvvəl də virusla bağlı açıqlamasında vəziyyətin şişirdildiyini bildirmişdi. Dünən isə Twitter hesabından “İndi azad Amerika” yazaraq paylaşan İlon Maskın yaxın günlərdə bəzi müəssisələrinin fəaliyyətini bərpa edəcəyi söylənilir.

Ən sərfəli kredit üçün müraciət et

Maskın sözügedən tviti bəzi izləyicilərinin mənfi reaksiyasına səbəb olarkən bəziləri isə onu dəstəkləyib.

Onu da xatırladaq ki, Tesla şirkətinin gün ərzində 2020-ci ilin ilk rübü üzrə maliyyə göstəricilərini açıqlaması gözlənilir.  

Həmçinin oxu: İlon Mask haqqında bilmədiyiniz 10 maraqlı fakt

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram