Tesla Çin istehsalı avtomobilləri Avropada satacaq | Banco.az

Tesla Çin istehsalı avtomobilləri Avropada satacaq

Tamara Mustafayeva, Banco.az

Tesla Çində istehsal etdiyi avtomobilləri Avropada satacaq.

Elektrik avtomobili istehsalçısı Tesla şirkəti Çində yeni inşa etdirdiyi fabrikdə istehsal edilən avtomobilləri Avropa bazarına çıxarmağa hazırlaşır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Tesla daşınma xərclərini azaltmağı və avtomobilləri daha yaxın məkanlarda istehsal etməyi hədəfləyərkən Şanxay şəhərində yerləşən "GigaFactory"-də istehsal edilən avtomobilləri Asiya və Avropa bazarlarında da satışa çıxarmağı düşünür.

Çində istehsal edilən Tesla 3s modelinin xarici bazarlarda satışı üçün nəzərdə tutulan istehsalına dördüncü rübdə başlanılacaq. Sinqapur, Avstraliya, Yeni Zelandiya və Tesla sifarişlərinin ABŞ-dan gəlməyini gözləyən Avropa kimi bazarlara təslimatlar isə ən gec bu ilin sonunda ya da 2021-ci ilin ilk aylarında başlayacaq.

Qeyd edək ki, şirkət Avropada isə ilk fabrikini Berlin şəhərində inşa etməyi planlaşdırır. İlon Mask Berlin fabrikinin 2021-ci ilin ortalarında istehsala başlamasını hədəfləyir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: İlon Mask 6 saatda 16 milyard dollar itirdi

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et