İş müsahibəsində tənbəl işaxtaranı dərhal tanımaq və ona zaman sərf etməmək üçün 3 sual mövcuddur.
1. Keçmiş işinizdə sizə nə üçün maaş ödəyirdilər?
Şirkətin hər hansı bir işçisi, istər adi bir mütəxəssis olsun, istərsə də baş icraçı direktor “məhsul”, yəni müəyyən dəyər yaradır: sənəd, metal konstruksiya və s. Fərq etməz.
Şirkət üçün fayda əldə etmək üçün məhsulu dəyərli bir şeyə dəyişdirmək lazımdır. O vaxt iş bitmiş hesab olunur. Və bütün “dövrü” başdan sona qədər dərk edən əməkdaşlar yüksək qiymətləndirilir.
Tənbəl namizəd adətən bu şəkildə cavab verir:
· Vəzifə öhdəliklərimi yerinə yetirdiyim üçün.
· İşə getdiyim üçün.
Həmçinin oxu: HR-menecerin müsahibədə verməli olduğu ən ağıllı sual hansıdır?
2. Təhsil müəssisəsini necə seçmişdiniz?
Hansı ali məktəbdə təhsil almağınızdan daha çox təşəbbüskarlığınız, öz hərəkətlərinizə, qərarlarınıza görə məsuliyyət daşıya bilməyiniz əhəmiyyət daşıyır.
Ləng, ölgün, motivasiyasız bir işaxtaran belə bir cavab verə bilər:
· İndi kim özü seçir ki?
· Valideynlərim seçib.
· Hara alındı (balım hara çatdı), ora da qəbul oldum.
3. Ailədə vacib qərarları kim verir?
“Ailə büdcəsinə kim nəzarət edir?” sualına “arvadım” cavabını verən birindən gələcəkdə hansısa maraqlı ideya, təklif gözləmək sadəlövhlükdür.
Qadının maaşı sırf ona məxsusdur. Kişinin əmək haqqı isə ailə büdcəsidir. Əgər kişi namizəd ailənin yükünü öz üzərinə götürə bilmirsə, büdcəni və digər vacib məsələləri idarə edə bilmirsə, gələcəkdə özünü iş yerində kifayət qədər ifadə edə bilməsi şübhə doğurur.
Nigar Umaxanlı, Finco.az