TeleKart vs PayKart (Müqayisə) | Banco.az

TeleKart vs PayKart (Müqayisə)

Tele Kart vs Paykart

Bu gün Azərbaycan taksit kartları bazarında təxminən 13 adda məhsul təqdim olunur. Yarandığı ilk vaxtlarda istifadədə olduqca sadə olan kartlar bir-birindən çox cüzi fərqlər ilə seçilirdi. Amma iştirakçıların sayı artdıqca bazarın xüsusiyyəti dəyişməyə başladı və məhsullarını fərqləndirməyə çalışan banklar onlara müxtəlif xüsuiyyətlər əlavə etməyə başladı. Zənnimcə bu da kartların ilk dövrlər ilə müqayisədə daha qəliz olmasına gətirib çıxarıb.

Bu gün müqayisə edəcəyimiz iki kart isə Nikoil Bank və Bank Respublikanın taksit kartlarıdır.

Bir çox taksit kartlara xas olan xüsusiyyətlər özünü TeleKart və PayKart-da da göstərir

  • Alınan mal və xidmət müqabilindəki ödənişlərin bərabər hissələrlə aylara bölünməsi. 
  • Partnyor şəbəkəsi çərçivəsində faizsiz kredit imkanı. 
  • Zərurət yarandığı halda vəsaitin nağdlaşdırılması imkanı. 
  • 200-dən artıq ölkədə alış-veriş etmək və vəsaitin nağdlaşdırılmaq imkanı.

TeleKart-ı PayKart-dan fərqləndirən əsas xüsusiyyət karta həm də şəxsi vəsaitini yerləşdirmək imkanının olmasıdır.

Gəlin müqayisəmizə başdan başlayaq:

Faizsiz alış-veriş

PayKart

PayKartın xüsusi “PayPartner” opsiyası var ki,  partnyor şəbəkəsində faizsiz alış-veriş imkanı yaradır.  Partnyorlar şəbəkəsində mal və ya xidmət əldə etdikdə müştərilər istəklərinə əsasən ödənilən məbləği 12 ayadək (3,6,9,12) bölərək bərabər hissələrlə ödəmə üsulunu  seçə bilərlər. Bu ödənişlər üçün heç bir əlavə faizlər nəzərdə tutulmayıb.

TeleKart

TeleKart sahibləri də bankın partnyor dükanlar şəbəkəsində alış-veriş edərkən faiz ödəmirlər. Taksitlərin sayı 1-12 ay arasında dəyişir. TeleKartla edilən alış-verişlərə görə 4%-ə qədər bonus qazanmaq imkanı  da verir. Bonusun miqdarı Sizin “Telekart” vasitəsilə apardığınız alış-verişlərin və xidmətlərin ödəniş məbləğinin faizidir. Bonuslar Mobil telefona və ya kartın balansına yüklənir.

Qeyri partnyorlar ilə alış-veriş

Paykart

“PayFree” və “PayTravel” opsiyaları vasitəsi ilə partnyor şəbəkəsinə daxil olmayan, lakin MasterCard ödəniş sistemi keçərli olan satış məntəqələrində aparılan alış-verişin ödəniş məbləği avtomatik qaydada 12 aya bölünəcək. Aylıq faizlər 2,1 edir ki, bu da illik 25%-\ bərabər olur.

TeleKart

TeleKart vasitəsi ilə Mal /xidmətin dəyəri partnyor şəbəkəsindən kənarda taksit kartı ilə ödənilərkən, 12 aylıq taksit tətbiq olunur. Bu zaman faizlər illik 16% olmaqla hesablanır. Xərclədiyiniz məbləğin 16%-i hesablanır, xərclədiyiniz məbləğin üzərinə əlavə olunur və 12-yə bölünür. Qeyri-partnyor dükanlar şəbəkəsində alış-veriş əsnasında bonuslar hesablanmır.

Nağdlaşdırma

Hər iki kart istənilən anda nağdlaşma imkanı ilə sizə maddi yardımçı ola bilər.

Lakin TeleKart-da yalnız kredit limitinin 20%-i qədər vəsaiti nağdlaşdıra bilərsiniz. Paykartda isə bu məbləğ aylıq 30% həcmində vəsait nağdlaşdıra bilərsiniz. 

Nağdlaşdırma faizləri

Tele Kartda –nağdlaşdırma taksiti 3 aydır və nağdlaşdırma tarifi 6%-dir ki, bu da aylıq 2% (illik isə 24%) edir.

Paykart-da nağdıaşdırma taksiti 12 aydır, aylıq faiz dərəcə 2,1%-dir ki, bu da illik 25% edir.

Nağdlaşdırma komissiyası

TeleKartda nağdlaşdırma komissiyası Nikoil bankın öz ATM-lərində 1%-dir.

PayKartda “PayCash”  opsiyasındakı komissiya (Card-to-Card, Cash to Card,Cash by Code,Card to Account, Money Send əməliyyatlar daxil) Bank Respublikanın ATM-lərində 4% təşkil edir.

SMS – məlumatlandıra xidməti

Tele Kart

Kartla etdiyiniz hər əməliyyatdan sonra siz ödəniş qrafiki və yığılmış bonuslar barədə SMS məlumatlandırma alacaqsınız. Xidmətin qiyməti aylıq 1,20 AZN təşkil edir.

PayKart

10 AZN-dən artıq edilən hər alış-veriş zamanı müştəriyə çek və SMS vasitəsilə yeni ödəniş qrafiki təqdim edirlir. SMS Notification – xidmətinə qoşularaq real zamanda öz kart hesablarına dair məlumat əldə edə bilərlər və xidmət PayKart sahibləri üçün pulsuzdur.

Düşünürəm ki, müştərilərin ən çox marağına səbəb olan xüsusiyyətləri müqayisə etdik.

Bonuslar

PayKart Bonus

Plastik kartınızla partnyor şirkətlərin şəbəkəsində nağdsız şəkildə alış-veriş edərkən, sistemin konkret partnyorundan asılı olaraq – hər alış-verişdə məbləğin 25%-dək Sizə bonus şəklində “Pay” verilir.  Bu “Pay”lar Sizin plastik kart hesabınızda toplanılır. Toplanılmış “Pay”lar partnyor şirkətlərin şəbəkəsində alış-veriş edərkən istifadə oluna bilər (nağd şəkildə çıxarıla bilməz). 

Bonus hesabınızın yoxlanılması imkanları: Bankomat,SMS,MobilBank, POS Terminal , Bank filialları.

TeleKartda bonuslar

Bankın tərəfdaşı olan mağazalarında aliş-veriş zamanı taksitlərin sayından asılı olaraq bonun qazanmaq imkanı vardır. Maksimum bonus miqdarı 4%-dir ki, bu da şəxsi vəsaitin partnyor dükanlarda hesablanması zamanı hesablanır. 1-6 aylıq taksit zamanı 0.2%, 7-9 aylıq taksiz zamanı, 0,4%, 9-12 aylıq taksit zamanı isə 0,6% hesablanır.

İcmal olaraq, cədvələ nəzərə sala bilərik.

Göstəricilər

Paykart

Telekart

Balans

500-3000 AZN

300 - 3000 AZN

Ödənişin tarixi

Növbəti ayın 10-a kimi

Növbəti ayın 10-a kimi

Partnyor şəbəkəsindəki faiz dərəcəsi

0%

0%

Partnyorlarda taksilərin sayı

1-12 ay

1-12 ay

Qeyri-partnyor şəbəkəsindəki faiz dərəcəsi

25%

16

Qeyri partnyorlarda taksilərin sayı

12

12

Nağdlaşdırma üçün faiz dərəcəsi

aylıq 2,1%

aylıq 2%

Nağd pulun çıarılmasına görə komisisya

4%

1%

Nağdlaşdırma limiti

aylıq 30%

kart limitinin 20%-i

SMS -Məlumatlandırma

0 AZN

1,20 AZN (aylıq)

Ən sərfəli kredit üçün müraciət et