Təhsilin ən bahalı olduğu ölkələr | Banco.az

Təhsilin ən bahalı olduğu ölkələr

Təhsilin ən bahalı olduğu ölkələr müəyyən edilib.

Bu barədə "Business Insider" saytı araşdırma aparıb. Sayt təhsilə aid xərcləri nəzərə alaraq siyahı tərtib edib. 

Təhsilin baha olduğu ölkələrin siyahısında ilk pillədə Avstraliya qərarlaşıb. Bu ölkədə bir il təhsil almaq üçün ümumilikdə 42 min dollar xərcləmək lazımdır. Siyahıda ikinci pillədə 39 min dollarlıq təhsil xərci ilə Sinqapur yer tutub. 

Ən sərfəli kredit üçün müraciət et

Siyahıda digər ölkələr müvafiq olaraq ABŞ (36 min dollar), Honq Konq (18 min dollar), Kanada (29 min dollar), Fransa (16 min dollar), Malayziya (13 min dollar), İndoneziya (12 min dollar), Braziliya (12 min dollar), Tayvan (11 min dollar), Türkiyə (11 min dollar), Çin (10 min dollar), Meksika (9 min dollar), Hindistan (5 min dollar) qərarlaşıb.

marka.az