Təhsil ödənişini gələcək maaşlarından alan məktəb | Banco.az

Təhsil ödənişini gələcək maaşlarından alan məktəb

İstəyən hər kəsə web development sahəsini öyrədən Lambda School adlı startap məzunlardan təhsil ödənişlərini onların gələcək maaşlarından almaq imkanını verir.

    Bu halda təhsil almış şəxsin illik gəliri 50.000$-dan az olmamalıdır. Əks halda isə təhsil ödənişi ümumiyyətlə alınmayacaq. Bu barədə VentureBeat saytı xəbər verib. Lambda School tələbələrə 3 variantda təhsil ödənişini təqdim edir. Birinci variant 20.000$ dəyərində olan ənənəvi beh ödənişidir. İkinci variant 10.000$ beh ödənişi və il ərzində 17% ödənişi (il ərzində 15.000$-dan çox olmamaqla) əks etdirir. Üçüncü variant isə ümumiyyətlə beh ödənişi tələb etmir. Lakin təhsilin bitməsindən sonra 2 il ərzində 17% ödəniş olmalıdır

    Nəticədə tələbələrin 90%-i ikinci və üçüncü variantları seçib. Hər iki razılaşmada faiz ödənişi yalnız illik gəliri 50.000$-dan az olmayan məzunlar üçün keçərlidir. Yəni nəzəri cəhətdən əgər hansısa məzun nəticə etibarilə iş tapa bilməsə o heç bir vəsait ödəməyəcək. Və əgər hansısa məzun olmuş şəxs anidən işini itirsə və ya onun illik gəliri 50.000$-dan aşağı olsa o, faizlə ödəniş razılığını dayandıra bilər.

Ən sərfəli kredit üçün müraciət et

    Lakin illik 50.000$ qazanaın tələbə hər ay Lambda School-a 708$ vəsait ödəməlidir. Bu, adi kollecdə təhsil haqqından bir qədər çoxdur. ABŞ Federal Rezerv-in məlumatlarına əsasən tələbə kreditinin ortalama ödəniş haqqı 203$ təşkil edir. Lambda School-un əsas ideyası ondan ibarətdir ki, əgər tələbə yüksək maaşdan imtina edirsə o öz təhsilinə görə olan borcundan da tez bir zamanda canını qurtara bilər.

Yeni məzunlar və tələbələr üçün pul qazanma metodları​

Ödənişsiz online təhsil verən 4 platforma​

technote.az