Ödənişsiz online təhsil verən 4 platforma | Banco.az

Ödənişsiz online təhsil verən 4 platforma

Elə bir dövrdəyik ki, istədiyimiz hər bir məlumatı internet vasitəsi ilə asanlıqla əldə edə bilirik.

Son zamanlarda məktəblərdəki/universitetlərdəki təhsillə yanaşı, e-learning saytları da şagirdlər/tələbələr üçün yararlı ola bilir. Onların içindən sizə daha faydalı ola biləcəyini düşündüyüm 4 ödənişsiz təhsil saytını paylaşmaq istəyirəm:

 

1. Khan Academy

Həm ingilis, həm də türk dilində təhsil verən bir saytdan dərs dinləmək istəyərsinizmi?

Khan Academy 2006-cı ildə pedaqoq Salman Khan tərəfindən “Hər kəs üçün, hər yerdə pulsuz təhsil” şüarı ilə qurulmuş, maddiyat güdməyən, təhsil yönümlü platformadır.

Tam qavraya bilmədiyiniz mövzunu “Kaşki, biri olsaydı mövzunu təkrar başa salardı” deyirsinizsə, Khan Academy-ə üzv olub dərslərinizi və mövzuları seçib dinləməyə başlaya bilərsiniz.

Bu platformaya hətta müəllimlər və valideynlər də qoşula bilər.

Khan Academy-nin dediyi kimi “Tək bir şey bilməlisən: Hər şeyi öyrənə bilərsən”!

 

2. Future Learn

2013-cü ildə 12 universitetin iş birliyi ilə qurulmuş, ödənişsiz kurs keçən təhsil portalıdır. Hər kəsə açıq, hər yaşa xitab edən və kurs bittikdən sonra verilən imtahanda yetərli bal topladığınız halda, sertifikat ala biləcəyiniz və ingilis dilində bir platformadır.

Qeydiyyatdan keçdiyiniz zaman, sizə xatırlatma, dərs mövzuları və dərs keçən müəllimlərin siyahısını özündə birləşdirən bir e-mail göndərilir.

Kurslar, əvvəldən hazırlanmış və həftələrə bölünmüş şəkildə sizə təqdim olunur. Dərslərə online və ya offline qatıla bilər, Pdf və video şəklində olan dərsləri yükləyib, o dərs haqqında şərh yaza, müəllimlərə e-mail vasitəsi ilə suallarınızı verə bilərsiniz.

Hansı sahələrdə kurslara qatıla bilərsiniz?

  • Science, Math & Technology
  • Business & Management
  • Creative Arts & Media
  • Health & Psychology
  • History             
  • Languages & Culture
  • Law
  • Literature
  • Nature & Environment
  • Online & Digital
  • Politics & The Modern World
  • Sports & Leisure
  • Teaching & Studying

 

Ən sərfəli kredit üçün müraciət et

3. Edx

Harvard Universiteti, Berkeley, Toronto və MİT-dən dərs ala biləcəyiniz bir platforma:  EdX

Dünyanın qabaqcıl universitetlərində təhsilin necə oduğunu bilmək və bu universitetlərin dərslərini keçmək istəyənlər üçün hazırlanan Edx, ödənişsiz seçim təqdim edir.

Dərslərin hamısı ingilis dilindədir və 300 fərqli kurs mövcuddur. Keçilən bir çox dərsi eyni müəllimdən video formatında, pulsuz olaraq dinləyə bilirsiniz.

 

4. Coursera

Hong Kong Elm və Texnologiya Universiteti  tərəfindən Python təhsilini asanlaşdırmaq üçün qurulan kurs, web inkişafının təməl ünsürlərini öyrədir. HTML, CSS, JAVASCRİPT ilə bağlı təcrübəyə sahib olmağınız vacib deyil. Tamamilə, Python təhsilini asanlaşdırmaq üçün qurulmuş bir platformadır. Kursun sonunda HTML istifadə edərək veb sayt qura biləcəksiniz.

Güllü Nağıyeva,  banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et