Təhsil naziri yeni tədris ilinin gec başlaması məsələsinə aydınlıq gətirib | Banco.az

Təhsil naziri yeni tədris ilinin gec başlaması məsələsinə aydınlıq gətirib

Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin sentyabrın 22-də başlaması məsələsinə aydınlıq gətirib.

Nazir bunu yoluxma hallarının artımı ilə əlaqələndirib.

O qeyd edib ki, verilən qərar ən optimal qərardır: "İnanırıq ki, həmin vaxta qədər çox sayda insan vaksinasiya prosesindən keçəcək və yoluxma sayında azalma qeydə alınacaq. Ümumilikdə məktəbləri açıb bağlanmaqdansa davamlı şəkildə tədrisi təşkil etmək vacib məqamdır".

E.Əmrullayev bildirib ki, tədrisdə buraxılan günləri noyabr tətili günləri ilə əvəzləmək mümkündür.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et