2018-ci ilin birinci rübünü geridə qoyduq, bəzi banklarımız keçən ilə nisbətən cəmi aktivlərinin həcmində artış göstərsə də , bir çox banklarda isə azalma müşahidə olundu. Palatanın 2018-ci ilin ilk rübü üzrə bank sektorunun icmal balans göstəricilərinə görə bankların aktivləri 27 mlrd. 907 mln. təşkil edir. Bəs ölkədə fəaliyyət göstərən 30 bankdan hər birinin icmal balansdakı payı nə qədərdir?
Bu gün Banco.az komandası olaraq bunu araşdırdıq. Hər bir bankın icmal balansdakı payını müəyyən edib, aşağıdakı siyahıda qeyd etdik. Əvvəlcə bildirmək istərdik ki, ölkədə fəaliyyət göstərən beş bankın icmal balansda 66% paya malikdir, digər banklar isə 34% paya sahibdir.
İndi isə sizləri bütün bankların icmal balansdakı payını göstərən aşağıdakı siyahı ilə tanış etmək istərdim.
Banklar |
İcmal balansdakı bayı |
|
Beynəlxalq Bank |
30% |
|
Paşa Bank |
13% |
|
Kapital Bank |
11% |
|
Xalq Bank |
8% |
|
ASB bank |
3,24% |
|
Accessbank |
2,96% |
|
Bank Respublika |
2,65% |
|
Rabitəbank |
2,38% |
|
AtaBank |
2,22% |
|
Unibank |
2,08% |
|
AG Bank |
1,81% |
|
TuranBank |
1,77% |
|
Bank Silkway |
1,77% |
|
Muğan Bank |
1,75% |
|
Nikoil Bank |
1,75% |
|
AFB bank |
1,67% |
|
YapıKrediBank |
1,47% |
|
Express Bank |
1,27% |
|
Bank of Baku |
1,12% |
|
AzərTürkBank |
1,11% |
|
Bank BTB |
1,04% |
|
Ziraat Bank |
0,81% |
|
NBC Bank |
0,80% |
|
AmrahBank |
0,71% |
|
Günay Bank |
0,69% |
|
Bank Avrasiya |
0,58% |
|
Bank VTB |
0,54% |
|
Naxçıvan Bank |
0,54% |
|
Bank Melli İran |
0,40% |
|
Pakistan milli bankı |
0,04% |
Xəzər Aslanov. Banco.az