Tədqiqatçılar milyarderlərin 3 əsas xüsusiyyətini açıqladı  | Banco.az

Tədqiqatçılar milyarderlərin 3 əsas xüsusiyyətini açıqladı 

Business Insider yazır ki, “UBS” və “PWC”nin tədqiqatçıları milyarderlərin risk etməyə meylllilik, konsentrasiya və qətiyyət ilə fərqləndiyini bildirib. Bu cəhətlər “milyarder effektinə” gətirib çıxarır: Milyarderlərin şirkətləri digərlərindən 2 dəfə çox qazanır. “UBS” və “PWC”nin açıqlamasına görə, milyarderlərin şirkətlərinin gəlirləri 2003-2018-ci illər aralığında 17,8% artım göstərib. Həmin müddət ərzində digər şirkətlər isə gəlirlərini cəmi 9,1% artıra bilib.

Həmçinin oxu: Ketçup şüşəsinin sayəsində milyonçuya çevrilən Paul Braunun hekayəsi

Həmçinin oxu: Planetin ən zəngin insanları hansı kitabları oxuyur?

Araşdırmaçılar qeyd edir ki, milyarderlər qeyri-standart düşüncə tərzinə malikdir: Onlar bilirlər ki, necə risk etmək olar; Bizneslərinə vurğundurlar, bu da onlara imkan verir ki, başqalarının gözardı etdiyi fürsətləri görüb dəyərləndirə bilirlər. Uzunmüddətli perspektiv haqqında daha çox düşünürlər. Alman tədqiqatçı Rayner Çitelman 11 milyon $-dan böyük varidata sahib olan 43 biznesmenin şəxsiyyət testlərini təhlil edib. Çitelman belə qənaətə gəlib ki, varlı insanlar fərqli şəkildə fikirləşir, məyusluqlara rahatlıqla dözürlər, detallara diqqət yetirirlər və yeniliklərə hazırdırlar. İnc. yazırdı ki, Mark Zükerberq heç kəsin milyarder olmağa layiq olmadığını düşünür. Xeyriyyə işləri ilə məşğul olan milyarder Amerikanın 40 yaşından əvvəl milyarder olmuş insanı kimi “Forbes”in siyahısına düşmüşdü. Onun sərvəti 69,6 milyard $ qiymətləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Mark Zükerberq: “Heç kəs milyarder olmağa layiq deyil 

Nigar Umaxanlı, Finco.az 

Ən sərfəli krediti almaq üçün müraciət et