Tayvanda qarşıdurma zamanı dünya iqtisadiyyatında yarana biləcək itkilərinin miqdarı açıqlanıb. | Banco.az

Tayvanda qarşıdurma zamanı dünya iqtisadiyyatında yarana biləcək itkilərinin miqdarı açıqlanıb.

Müəllif  - Fərid İslamov, Banco.az

Tayvanda qarşıdurma zamanı dünya iqtisadiyyatında yarana biləcək itkilərinin miqdarı açıqlanıb.

Banco.az xəbər verir ki, Tayvanda münaqişə baş verərsə, dünya iqtisadiyyatı ildə 2,5 trilyon dollar itirəcək.

Tayvan adası üzərində münaqişənin şiddətlənəcəyi təqdirdə qlobal iqtisadiyyat hər il 2,5 trilyon dollar itirəcək. Məbləği Financial Times (FT) açıqlayıb.

Nəşrin mənbələri göstərir ki, ABŞ Dövlət Departamenti adanın Çin tərəfindən blokadaya alınmasının mümkün iqtisadi nəticələrini qiymətləndirmək üçün Rhodium Group analitik şirkətinə araşdırma tapşırıb. Analitiklər belə nəticəyə gəliblər ki, bu cür hərəkətlər Tayvan iqtisadiyyatına güclü zərbə vuracaq və qlobal bazarlarda domino effekti yaradacaq.

Ən çox zərəri Cənub-Şərqi Asiyanın iqtisadiyyatları  görəcək. Yarımkeçirici, avtomobil, server, kompüter və mobil telefon sektorlarında qeyri-sabitlik yaranacaq. Eyni zamanda, Çin şirkətləri maliyyə cəlb etmək imkanlarını itirəcək, bu da Çin iqtisadiyyatına ciddi ziyan vuracaq, həmçinin dünya ticarətində güclü sarsıntıya səbəb olacaq.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ Dövlət Departamentinin nümayəndələri eskalasiyanın Aİ iqtisadiyyatı üçün əhəmiyyətli mənfi nəticələrini nümayiş etdirmək üçün artıq tədqiqatın nəticələrini Avropa Komissiyasına və bəzi Avropa dövlətlərinin nümayəndələrinə göndəriblər. Qəzet qeyd edir ki, Amerika hakimiyyəti bu yolla Çini cilovlamaq üçün beynəlxalq səyləri gücləndirə biləcəklərinə inanır.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin 2-3 avqust tarixlərində adaya səfərindən sonra Tayvan ətrafında gərginlik kəskin şəkildə artıb və bu, Pekinin tənqidinə səbəb olub. Noyabrın 8-də Tayvanın rəhbəri Tsay İnq-ven deyib ki, adaya Çin tərəfindən işğal olunma təhlükəsi realdır. O, qeyd edib ki, bu, boş səs küy deyil və hakimiyyət hadisələrin bu cür inkişafına hazır olmalıdır.

Ən sərfəli krediti almaq üçün müraciət et