Bugün demək olar ki, hər yerdə qarşımıza çıxan dünyanın ən məşhur loqoları unudulmaz dizayna sahibdirlər. “Apple” – dan “McDonalds” – a qədər dünyanın ən böyük şirkətlərinin loqoları markanın tanınmasını təmin etmək üçün çox böyük diqqətlə hazırlanılmışdır. Bəs, siz bu məşhur simvolları nə qədər tanıyırsınız? Bu loqolar yaddaşımıza necə həkk olunub? Bu haqda heç düşünmüsünüzmü? Məhz bunu öyrənmək üçün Amerikanın “Signage” firması “Signs.com” – un tərtib etdiyi bir anket sorğusunda 20 – 70 yaş aralığındakı 156 nəfərdən 6 məşhur loqonu yaddaşlarında canlandırıb rəsminlərini yarım saat ərzində mümkün olduğu qədər düzgün çəkməkləri istənildi.
Nəticələr isə olduqca gülməli və məxsusi idi.
Marka rənginin əhəmiyyəti
Anketin nəticələrinə görə insanlar loqolardakı rəngləri loqonun ümumi formasından daha asanlıqla yadda saxlayırlar. Yəni, çəkilən rəsmlərdə loqonun formasından çox rəngləri daha düzgün qeyd edilmişdi. Bu araşdırmanın nəticələri bizə göstərir ki, markalar öz loqolarını dizayn edərkən hər şeydən əvvəl onun rənginə əhəmiyyət verməlidirlər.
“Apple” loqosunun dişlənilmiş hissəsini insanların 22% - i yanlış tərəfdə təsvir etdi.
“Adidas” – da isə hər 10 nəfərdən biri 1997 – ci ildə təqdim edilən üç xətli loqonun əvəzinə yonca loqosunu çəkdilər.
Anketə qatılan insanların demək olar ki yarısı “Starbucks” loqosunda təsvir edilən dəniz qızının tac taxmadığını düşündülər.
Dominos
Target
Burger King
Tamara Mustafayeva, banco.az