Tamara Mustafayeva, Banco.az
Doqquz ildir ki, Stiv Cobsdan aldığı əmanətə sahib çıxan və Apple firmasını trilyon dollarlıq şirkətə çevirən Tim Kuk bu müddət ərzində şəxsi sərvətini də artırıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Apple firmasının pandemiyadan sonra aktiv fəaliyyət göstərməsi səhmlərin dəyərini də artırıb. Bununla da, şirkətin CEO-su Tim Kukun şəxsi sərvəti də yüksəlib.
Tim Kuk milyarderlər klubuna qatıldı
Apple firmasının Ceo-sunun şəxsi sərvəti sonuncu proseslərdən sonra milyard dolları keçib. Beləliklə də, Tim Kuk Mark Zuckerberg, Ceff Bezos və İlon Mask kimi şəxslərin yer aldığı milyarderlər klubuna qoşulub.
Ötən il də yüksələn şirkət səhmlərinin təsiri ilə 125 milyon dollarlıq gəlir əldə edən Kukun sərvəti beləliklə 1 milyard dolları keçib.
Xatırladaq ki, Tim Kuk Apple firmasının həmtəsisçisi Stiv Cobs tərəfindən 9 il əvvəl CEO vəzifəsinə təyin edilmişdi.
Həmçinin oxu: Ən çox qazanan CEO-lar məlum oldu
Bizi sosial şəbəkələrdən izləyin!!