Ən çox qazanan CEO-lar məlum oldu | Banco.az

Ən çox qazanan CEO-lar məlum oldu

Tamara Mustafayeva, Banco.az

ABŞ-da ən çox qazanan şirkət rəhbərləri məlum olub. 

Banco.az xarici mətbuata istinadla bildirir ki, 2019-cu ilin maaş indeksinə görə ötən ilin ən çox qazanan CEO-ları məlum olub. Ən yaxın rəqibini demək olar ki, dörd dəfə üstələyən İlon Mask siyahının birinci pilləsində qərarlaşıb. Onu Apple şirkətinin CEO-su Tim Kuk və Charter Communication şirkətinin CEO-su Tom Rutlec izləyir.

Açıqlamaları və SpaceX layihəsi ilə tez-tez gündəmə gələn Mask 2019-cu ildə 593.3 milyon dollar ödəmə əldə edib. Kukun qazancı 133.7 milyon dollar olub. Rutlec isə 117 milyon dollara yaxın bir məbləğdə gəlir əldə edib.

Tim Kuk təkcə maaş almır

Onu da qeyd edək ki, Tim Kuk təkcə maaş almaqla kifayətlənmir. Apple firmasının CEO-su həmçinin müxtəlif səhmlərdən və bonuslardan da faydalanır. Siyahıdakı göstəricilərin hesablanması zamanı Kukun sözügedən əlavə gəlirləri nəzərə alınmadığı üçün Mask ilə aralarındakı fərq bu qədər çoxdur.

Siyahının ilk onluğu aşağıdakı kimidir:

  1. İlon Mask (Tesla)
  2. Tim Kuk (Apple) 
  3. Tom Rutlec (Charter Communications)
  4. Joseph Ianniello (ViacomCBS)
  5. Sumit Singh (Chewy)
  6. Jonathan Gray (Blackstone Group)
  7. Robert Swan (Intel)
  8. Sundar Pichai (Alphabet)
  9. Satya Nadella (Microsoft)
  10. Douglas Ingram (Sarepta Therapeutics)

Həmçinin oxu: Dünyanın ən uğurlu insanları bunları ƏSLA etmirlər

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et