“Super Bowl”da yayımlanan 30 saniyəlik reklam çarxının qiyməti 7 milyon dollardır | Banco.az

“Super Bowl”da yayımlanan 30 saniyəlik reklam çarxının qiyməti 7 milyon dollardır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Super Bowl”da yayımlanan 30 saniyəlik reklam çarxının qiyməti 7 milyon dollardır.

Banco.az xəbər verir ki, “Super Bowl” tədbirində yayımlanan reklam çarxlarının 30 saniyəsinin qiyməti 7 milyon dollar olsa da, reklam müqavilələri həftələr əvvəldən başa çatmışdı.

“Super Bowl” idman dünyasının ən böyük tədbirlərindən biri olmaqla yanaşı, eyni zamanda hər il tamaşaçıların da xüsusi marağına səbəb olur. Bu il sözügedən tədbir fevralın 11-nə keçən gecə Las-Veqasda keçirildi.

CNN analitiklərinin proqnozlarına görə, Super Bowl zamanı nümayiş olunan reklamlara külli miqdarda pul xərclənib. Belə ki, 30 saniyəlik reklam çarxının markalara 7 milyon dollara başa gəldiyi deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu il tədbirdə ilin insanı seçilən və uğurlu sənət karyerası olan Teylor Svift çıxış edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et